"Gəncəli" İstehsalat – kommersiya şirkəti 2008-ci ildə yeni
"Gəncəli Plaza" mehmanxanasının tikintisini başa çatdırmış və istifadəyə vermişdir.
Şəhərin mərkəzində yerləşən "Gəncəli Plaza" mehmanxanasında yüksək standartlara cavab verən və hər cür rahatlıqla təmin olunmuş nömrələr sakinlərin xidmətinə verilmişdir.
Həmçinin mehmanxanada iclas zalı, idman zalı, restoran və bar fəaliyyət göstərir. Barın sakit, rahat şəraitində vaxtı yaxşı keçirmək olar, burada yerləşən restoranda isə ən yaxşı aşpazlar Sizə milli və avropa mətbəxinin xörkələrini təklif edəcəkdir.
"Gəncəli" şirkəti, "Gəncəli Plaza" mehmanxanasının6-cı mərtəbəsində yerləşir.